“Arsenal” qapıçısı ilə vidalaşmağa hazırlaşır

“Arsenal” qapıçısı ilə yollarını ayırmağa yaxındır.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, söhbət Aaron Ramsdeyldən gedir.

“Sauthempton” ingiltərəli qapıçı ilə maraqlanır. “Müqəddəslər” oyunçunu 18 milyon avroya ala bilər və daha 7 milyon bonuslara daxildir. Tərəflər danışıqları müsbət istiqamətdə davam etdirir.

26 yaşlı qolkiper İngiltərə çempionatının ötən mövsümündə 6 matçda iştirak edib, 5 qol buraxıb.

“Arsenal” Premyer Liqanın yeni mövsümünə 2 qələbə ilə başlayıb və 4-cü yerdədir. “Topçular” növbəti turda “Brayton”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button