“Arsenal”ın planı: Mudrik “Çelsi”yə keçsə…

“Real”ın yarımmüdafiəçisi Eden Hazard karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az “Media Foot”-a istinadən xəbər verir ki, “Arsenal”ın transfer gündəmində yer alan “Şaxtyor”un (Donetsk) futbolçusu Mixail Mudrik “Çelsi”yə keçsə, “topçular” alternativ variant kimi Hazard üçün “Real”la danışıqlara başlayacaq.

Belçikalı futbolçu öncədən “kral klubu”nda əsas heyətə düşə bilmədiyi üçün komandanı tərk etməyə hazır olduğunu bildirib.

O, 2019-cu ilin yayında 115 milyon avroya “Çelsi”dən “Real”a keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button