“Arsenal”ın yeni transferi sıradan çıxıb
“Arsenal” İngiltərə Premyer Liqasının üçüncü turunda “Brayton”la qarşılaşacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubunun yeni oyunçusu Mikel Merino bu matçı buraxmaq riski daşıyır. İspaniyalı futbolçu əlindən zədə alıb.
Premyer Liqanın ilk iki turundan sonra “Arsenal”ın 6 xalı var. Mikel Artetanın yetirmələri evdə “Vulverhempton”u, səfərdə isə “Aston Villa”nı eyni hesabla (2:0) məğlub edib.
“Arsenal” – “Brayton” matçı avqustun 31-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin