“Arsenal”ın futbolçusu Halandla insident haqda: “Heç xatırlamıram”

“Mançester Siti” “Arsenal”la matçda ikinci hissəyə əlavə edilmiş 8-ci dəqiqədə (2:2) məğlubiyyətdən xilas olub. Qoldan sonra “şəhərlilər”in hücumçusu Erlinq Haland topu “topçular”ın müdafiəçisi Qabrielin başına atıb.

Komanda.az “TNT Sports”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu bu hadisəyə münasibət bildirib:

“Heç xatırlamıram. Bu, normaldır, son dəqiqədə qol vurmağa sevindilər. Onlar evdə oynadılar və qələbə qazanmaq istəyirdilər, amma komandamız yaxşı çıxış etdi və məğlub olmadı. Bu, “döyüş”dür, “müharibə”dir və belə matçlarda təxribat xarakterli hərəkətlər oyunun tərkib hissəsidir. İndi onları stadionumuzda gözləyəcəyik”.

“Mançester Siti” – “Arsenal” matçı sentyabrın 21-də, “şəhərlilər”in ev oyunlarını keçirdiyi “Etihad”da baş tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button