“Arsenal”ın türk futbolçuya marağı “Yuventus”u hərəkətə gətirdi

Türkiyəli hücumçu Kənan Yıldız “Yuventus”dan yeni və daha sərfəli müqavilə təklifi ala bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb.

Turin klubu 20 yaşlı futbolçunun maaşını illik 3-4 milyon avroya qədər artırmağı planlaşdırır. Bu qərarın əsas səbəbi isə “Arsenal”ın ona göstərdiyi maraqdır.

Kənan Yıldızın “Yuventus”la hazırkı müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir. O, son mövsümdə 48 oyuna çıxaraq, 9 qola və 7 məhsuldar ötürməyə imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button