“Arsenal”ın məşqində gərginlik: futbolçular dalaşdı

İngiltərənin “Arsenal” klubunun məşqində qalmaqal yaşanıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “topçular”ın son məşqlərinin birində David Luis və Dani Sebalyos arasında gərginlik yaşanıb. Sebalyosun sərt oynamasından sonra David Luis onun üzünə zərbə endirib.

Məsələylə bağlı açıqlama verən komandanın baş məşqçisi Mikel Arteta problemin həll olunduğunu bildirib:

“Məşqlərimiz hər zaman bağlı qapılar arxasında keçirilir. Məşqlər çox rəqabətli olur və probemlər yaranır. Bunlar komanda daxilində həll edilir. Problem aradan qaldırılıb və məşqlərə davam edirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button