Sabiq futbolçu “Arsenal”a Keyni almağı məsləhət görür

“Arsenal”ın sabiq futbolçusu Pol Merson hesab edir ki, “topçular” hücum xəttini “Bayern” və İngiltərə millisinin futbolçusu Harri Keynlə gücləndirə bilər.

Komanda.az “The Mirror”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş oyunçu “Arsenal”ın Keynə ehtiyacının olduğunu bildirib:

“Arsenal” Keyni ala bilər. Niyə olmasın? Onu 65 milyona almalısan. “Topçular”ın ona indi ehtiyacı var”.

Keynin müqaviləsindəki 65 milyon dollarlıq satın alma maddəsi gələn ilin yayında əlçatan olacaq. O, 2023-cü ildən Münhen komandasında çıxış edir.

31 yaşlı forvard bu mövsüm “Bayern”in heyətində 26 oyuna çıxıb, 26 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button