“O vaxtlar siqaret çəkirdim və Venger də bunu bilirdi” – Şensnı
“Arsenal”ın keçmiş qapıçısı Voyçex Şensnı maraqlı açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda “Yuventus”da çıxış edən polşalı futbolçu, “Arsenal”dan ayrılma səbəbini deyib:
“O vaxtlar siqaret çəkirdim və Arsen Venger də bunu bilirdi. Sadəcə, paltardəyişmə otağında siqaret çəkilməsini istəmirdi. 2015-ci ildə “Sauthempton”la oyundan sonra hisslərimin təsirinə düşərək, bir küncdə siqaret çəkirdim. Uşaqlardan kimsə gördü və bunu Vengerə dedi.
Bir neçə gün sonra Vengerlə görüşdüm. O mənə bunun düzgün olmadığını dedi. Məni cərimələdi və hekayəm orada bitmişdi. Sonra Venger bir müddət heyətdə olmayacağımı dedi. Yenidən əsas heyətə qayıdacağımı düşünürdüm. Ancaq David Ospina əlinə düşən fürsətdən yaxşı istifadə etdi”.
2008-2015-ci illər aralığında “Arsenal”da çıxış edən Şensnı, 2015-ci ildə icarə əsasında “Roma”ya keçib. İki il paytaxt klubunda qalan polşalı qapıçı, 2017-ci ildən “Yuventus”dadır.
Bizi Facebook-da izləyin