“Arsenal”ın keçmiş futbolçusu “Norviç”in “sükanı arxasına” keçib
“Arsenal”ın keçmiş futbolçusu Cek Uilşir İngiltərənin “Norviç” klubunun baş məşqçisi postuna keçib.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, komandanın “sükanı arxasında” Jonnes Torupu əvəzləyib.
32 yaşlı sabiq futbolçu “Norviç”ə keçməzdən əvvəl “Arsenal”ın 18 yaşadək futbolçulardan ibarət komandasını idarə edib.
Uilşir futbolçu karyerasını 2022-ci ildə başa vurub. Onun son klubu Danimarka “Orhus”u olub.
“Norviç” Çempionşipdə keçirilən 11 matçdan sonra 17 xal toplayıb və turnir cədvəlində yeddinci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin