Vengerin “Arsenal” peşmançılığı

“Arsenal”ın keçmiş baş məşqçisi Arsen Venger açıqlama verib.

Komanda.az xəbər verir ki, hazırda FİFA-da işləyən fransalı mütəxəssis, “Arsenal” karyerası haqda danışıb:

“Karyeramı “Arsenal”a həsr etdim. Bu, səhv qərar idi. “Arsenal”dan daha tez ayrılmalı idim. Ən böyük mənfi cəhətim olduğum yeri çox sevməyimdir. Peşmanam.

Fransa milli komandasından, “Real”dan, “Mançester Yunayted”dən, “Yuventus”dan, PSJ-dən təklif almışdım. Hətta Fransa yığmasına iki-üç dəfə “yox” demişəm”.

Arsen Venger 1996-cı ildən 2018-ci ilin yayına qədər “Arsenal”ı çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button