“Arsenal”ın kapitanı Sloveniya və Qazaxıstanla oyunları buraxacaq
“Arsenal”ın kapitanı Martin Odeqard topuğundakı zədə səbəbindən Norveç millisinin düşərgəsini tərk edib.
Komanda.az xəbər verir ki, bu barədə Norveç Futbol Federasiyasının saytında məlumat verilib.
“Milli komandanın tibbi heyəti ilə müzakirələrdən sonra təəssüf ki, belə bir qənaətə gəldik ki, mənim vəziyyətim bu matçlarda oynamaq üçün kifayət qədər yaxşı deyil. Mən uzun müddət məşq etmişəm və son 9 həftədə futbol oynamadığınız zaman, təbii ki, hələ yüz faiz hazır deyilsiz. Bədənimə qulaq asmalı, bu reabilitasiya prosesini başa çatdırmalı və ayağımı yaxşı vəziyyətə gətirməliyəm” – deyə, Odeqard bildirib.
25 yaşlı futbolçu Millətlər Liqasının noyabr ayında Sloveniya və Qazaxıstanla keçiriləcək oyunlarını buraxacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin