“Arsenal”ın İngiltərə Federasiya kubokunun 1/8 finalının “Portsmut”la matçında (2:0) zədələnən futbolçusu Lukas Torreyranın son durumu məlum olub.
Komanda.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə, 24 yaşlı yarımmüdafiəçinin 8-10 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.