“Arsenal”ın hücumçusu “Trabzonspor”la anlaşıb
“Arsenal”ın futbolçusu Nikolas Pepe Türkiyənin “Trabzonspor” klubuna keçməyə yaxındır.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, futbolçunun “Beşiktaş”a keçidi gözlənilsə də, o, “Trabzonspor”la anlaşıb.
Pepe Qaradəniz klubunda icarə əsasında oynayacaq.
28 yaşlı futbolçu dünən Türkiyəyə yollanıb. Pepe 2023/2024 mövsümünü “Trabzonspor”da keçirəcək.
Fransalı hücumçu son mövsümü icarə əsasında “Nitsa”da olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin