“Arsenal”ın hücumçusu “Kristal Pelas”da – Rəsmi

“Arsenal”ın hücumçusu Eddi Nketia karyerasını İngiltərə Premyer Liqasının digər klubunda davam etdirəcək.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu “Kristal Pelas”ın sıralarına qoşulub. İngiltərəli forvard “qartallar”la 5 il müddətinə nəzərdə tutulmuş müqavilə imzalayıb. Bu keçidin dəyəri 25 milyon avro qiymətləndirilir.

Nketia İngiltərə çempionatının ötən mövsümündə 27 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

“Kristal Pelas” Premyer Liqanın 2 turundan sonra turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button