
“Arsenal” sloveniyalı hücumçunu transfer etməyə çalışacaq
“Leyptsiq”in hücumçusu Benjamin Şeşko İngiltərə Premyer Liqasına keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Arsenal” sloveniyalı futbolçu ilə maraqlanır. İngiltərə klubunun rəhbərliyi qarşıdakı transfer pəncərəsində Şeşkonu transfer etməyə çalışacaq.
21 yaşlı hücumçunun “Leyptsiq”lə 2029-cu ilin ortalarına qədər müqavilə öhdəlikləri var. O, 2023-cü ildən Almaniya klubunda çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin