“Arsenal”ın futbolçusu Türkiyə klubuna keçə bilər

“Arsenal”ın yarımmüdafiəçisi Tomas Parti karyerasını Türkiyədə davam etdirə bilər.

Komanda.az “FootballTransfers”-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun xidmətində “Fənərbaxça” maraqlıdır. 

Parti London klubunda ən yüksək maaş alan oyunçulardan biridir və “Arsenal” çox güman ki, oyunçunun gedişinə qarşı olmayacaq. 

Qanalı futbolçu 2020-ci ildən “topçular”da çıxış edir. O, bu mövsüm “Arsenal”ın heyətində 15 matçda iştirak etsə də, qol vura bilməyib. Futbolçunun transfer dəyəri 20 milyon avro olaraq qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button