“Arsenal”ın futbolçusu millinin heyətindən kənarlaşdırıldı
“Arsenal”ın futbolçusu Tomas Partey Qana millisinin heyətindən kənarlaşdırılıb.
Komanda.az xəbər verir ki, yığmanın baş məşqçisi Çarlz Akonnor 27 yaşlı yarımmüdafiəçini məşqə gecikdiyi üçün heyətdən uzaqlaşdırıb. Bu barədə Qana mətbuatı məlumat yayıb.
Qana yığması iyunun 8-də Mərakeş, 12-də isə Fil Dişi Sahili ilə yoxlama oyunu keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin