“Arsenal”ın futbolçusu sıradan çıxıb

“Arsenal”ın müdafiəçisi Takehiro Tomiyasu zədələnib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Mikel Arteta açıqlamasında bildirib. 25 yaşlı futbolçu ötən həftə “Vulverhempton”la matçda sıradan çıxıb.

Yaponiyalı futbolçu artıq tibbi müayinədən keçib. Bundan sonra məlum olub ki, o, bu il meydana çıxa bilməyəcək. Tomiyasu 4-6 həftə oynamayacaq. 

Tomiyasu bu mövsüm 19 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button