“Arsenal”ın futbolçusu rəsmən “Şalke”də
Almaniyanın “Şalke” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi İngiltərənin “Arsenal” klubunun sol cinah müdafiəçisi Sead Kolaşinaçı heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu mövsümün sonuna qədər icarəyə götürüb.
Almaniyada dünyaya göz açmasına, bu ölkənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamasına baxmayaraq, Kolaşinaç Bosniya və Herseqovina millisinin formasını geyinir. O, daha öncə 2012-2017-ci illər aralığında da “Şalke”nin uğurları üçün çalışıb. Sead 2017-ci ilin yayında transfer olunduğu “Arsenal”da 113 oyuna çıxıb, 5 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin