Obameyanq Parisdə razılıq verdi – milliyə qayıtmağa
“Arsenal”ın futbolçusu Pyer-Emerik Obameyanq Qabon millisinə qayıtmağa hazırlaşır.
Komanda.az xəbər verir ki, bu barədə Qabon yığmasının baş məşqçisi Patris Neve Fransa mətbuatına açıqlamasında deyib:
“Obameyanqla Parisdə görüşümüz oldu. Hər şey çox yaxşı oldu. O mənə yenidən milli komandada oynaya biləcəyəni dedi”.
Obameyanq, Qabon Futbol Federasiyasının yığmanın üzvləri ilə münasibətini bəyənmədiyi üçün milli komanda karyerasını bitirdiyini demişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin