“Arsenal”ın futbolçusu Portuqaliya klubu ilə anlaşıb

“Arsenal”ın müdafiəçisi Jakub Kivior “Portu”ya transfer olmaq üzrədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, transferin məbləği 25 milyon avro təşkil edəcək.

25 yaşlı futbolçu “Portu” ilə müddəti 2030-cu ilə qədər olan müqaviləyə razılaşıb.

Polşa millisinin üzvü 2023-cü ilin əvvəlində “Arsenal”ın heyətinə qoşulub. O, komandanın formasını 68 oyunda geyinərək, 3 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun klubla hazırkı müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button