
“Arsenal”ın futbolçusu məşhur brendin ilk alt paltarı səfiri olub
“Arsenal”ın və İtaliya millisinin müdafiəçisi Rikkardo Kalafiori “Adidas” şirkətinin ilk alt paltarı səfiri olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu üç alt paltarı modelinin yer aldığı “Active Flex” kolleksiyasının yeni siması olub.
Kolleksiya pambıqdan hazırlanıb, nəm ötürən xüsusiyyətlərə malikdir, sürtünmür, dörd istiqamətə uzanır və günboyu dəstək üçün konturlu ciblidir.
Kalafiori hazırda zədəlidir və Çempionlar Liqasının yarımfinalında, aprelin 29-da PSJ-yə qarşı keçirəcəkləri oyundan əvvəl “Arsenal”ın heyətinə qayıdacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



