“Arsenal”ın futbolçusu İspaniya klubunda – Rəsmi

“Arsenal”ın müdafiəçisi Kiran Tirni icarə əsasında “Real Sosyedad”a keçib.

Komanda.az İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, şotlandiyalı oyunçu ilə cari mövsümün sonuna qədər olan sözləşmə imzalanıb.

Tirni 2022/23 mövsümündə “topçular”ın heyətində bütün turnirlər daxil olmaqla 36 oyunda bir qol vurub və iki məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button