“Arsenal”ın futbolçusu ili erkən başa vurdu
İngiltərənin “Arsenal” klubu ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, London təmsilçisinin yarımmüdafiəçisi Emil Smit Rou aldığı ağır zədə səbəbindən əməliyyat olunub.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçunun bərpa prosesinin dekabra qədər davam edəcəyi bildirilir. Onun ən yaxşı halda gələn ilin əvvəlində yaşıl meydanlara dönməsi ehtimal olunur.
“Arsenal”ın öz yetirməsi olan Emil bu mövsüm cəmi 4 oyunda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin