
“Roma” erməni futbolçunu İtaliyaya gətirdi FOTO
“Arsenal”ın futbolçusu Henrix Mxitaryan karyerasını İtaliyada davam etdirəcək.
Komanda.az xəbər verir ki, erməni yarımmüdafiəçi “Roma” klubuna keçib. Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. İtaliyaya gələn Mxitaryan, “Roma” ilə rəsmi müqavilə imzalayacaq. Ermənistan millisinin üzvü yeni klubunda icarə əsasında çıxış edəcək.
Mxitaryan 2018-ci ilin yanvarından “Arsenal”da çıxış edirdi.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin