
“Arsenal”ın yeni “7 nömrə”si
“Arsenal”ın futbolçusu Bukayo Saka yeni mövsümdə forma nömrəsini dəyişəcək.
Komanda.az xəbər verir ki, bu barədə “topçular”ın mətbuat xidməti məlumat yayıb. Saka, 2020/21 mövsümündə 7 nömrəli formanı geyinəcək.
“Arsenal”ın yetirməsi olan 18 yaşlı futbolçunun hazırkı forma nömrəsi 77-dir. London klubunda 7 nömrəli forma boşdur.
Saka bu mövsüm “Arsenal”la 26 oyunda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin