Lakazett ayrılmaq istəyir

“Arsenal”ın futbolçusu Aleksandr Lakazett klubla müqaviləsinin müddətini artırmaq niyyətində deyil.

Komanda.az xəbər verir ki, fransalı hücumçu Londonu tərk etmək niyyətindədir. Bu barədə “Le10Sport” nəşri məlumat yayıb. Xəbərdə, “Arsenal”ın 30 yaşlı hücumçuyla danışıqlar aparsa da, uğursuz olduğu bildirilib.

Lakazett 2017-ci ildən “Arsenal”da çıxış edir. O, bu mövsüm cəmi 3 oyuna çıxıb və 2 qol vurub. Fransalı futbolçunun klubla müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button