“Fiorentina” “Arsenal”ın futbolçusunu icarəyə götürmək istəyir
İcarə əsasında “Atletiko”da forma geyinən Lukas Torreyra İtaliyada çıxış edə bilər.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, müqavilə ilə “Arsenal”a məxsus olan 24 yaşlı futbolçu “Fiorentina”nın hədəfindədir. Torreyranın mövsümün ikinci yarısını icarə əsasında A Seriyası klubunda keçirəcəyi bildirilir.
“Atletiko” yarımmüdafiəçini cari mövsümün sonunadək icarəyə götürüb. Onun “Arsenal”la müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin