
“Arsenal”ın hücumçusu 4 klubun hədəfindədir
“Barselona”, “Tottenhem”, “Milan” və “Nyukasl” “Arsenal”ın hücumçusu Qabriel Jezusla maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu braziliyalı futbolçunu hücumçu Robert Levandovskinin potensial əvəzləyicisi kimi nəzərdən keçirir. “Tottenhem” isə Son Hın Min və Riçarlisonun komandadan ayrılması ilə əlaqədar olaraq, onunla müqavilə imzalaya bilər.
Hazırda bu klubların heç birinin rəsmi təkliflə çıxış etmədiyi bildirilib. Yanvarda çarpaz bağlarını qoparan futbolçunun səhhəti yaxşılaşdıqdan sonra danışıqlar başlaya bilər.
Jezus son mövsümdə bütün yarışlarda 27 matçda iştirak edib, 7 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



