Emeri kapitanı heyətə salmadı – “Ən əsası insan olmaqdır”
“Arsenal”ın baş məşqçisi Unay Emeri komandanın kapitanı Qranit Caka haqda fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, isveçrəli oyunçunu Premyer Liqanın 11-ci turunun “Vulverhempton”la oyunu üçün heyətə daxil etməməsinin səbəbini deyib:
“Hər zaman ən əsası insan olmaqdır. Caka davranışı səbəbi ilə üzr istədi, ancaq yaşadığı problemlərdən xilas olmaq üçün bir az zamana ehtiyacı var”.
Caka İngiltərə Premyer Liqasının 10-cu turunun “Kristal Pelas”la oyununda (2:2) komandasının azarkeşlərini təhqir etmiş, daha sonra isə sosial şəbəkə hesabı vasitəsilə üzr istəmişdi. Emeri bu səbəbdən Cakanı “Vulverhempton”la oyunun heyətinə salmayıb.
Bu gün keçiriləcək “Arsenal” – “Vulverhempton” oyunu saat 19:00-da start götürəcək.
Bizi Facebook-da izləyin