“Arsenal”ın gələcəyi üçün bunları etməliydik” – Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın 4-cü turunda “Norviç”ə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, ilk üç turdakı uğursuzluğun artıq bitəcəyini deyib:

“Layihəmizi və aldığımız qərarları açıqlamağa çalışdıq. İki-üç ilə hardasa 30 futbolçu dəyişib. Layihəmizə inanırıq. “Arsenal”ın gələcəyi üçün bunları etməliydik. Bütün məsuliyyət bizdədir. İndi planlarımızı həyata keçirməliyik. Nəticə də lazımdır və bunu edəcəyik.

“Norviç”lə oyuna hər kəsin hazır olmasını gözləyirik. Oyunumuzu daha da inkişaf etdirəcəyik. Qələbəyə ehtiyacımız var. Azarkeşlərimizin qarşısında ilk qələbəmizi almaq istəyirik. Sıfırdan başlayırıq və bizim üzərimizə düşən qələbə qazanmaqdır”.

Sabah keçiriləcək “Arsenal” – “Norviç” matçı saat 18:00-da başlayacaq.

“Arsenal” Premyer Liqada ilk 3 turdan sonra 0 xalla 20-ci – sonuncu sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button