“Həmin epizodun təkrarına on dəfə fərqli yerlərdən baxdım və bir şey görə bilmədim”
“Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın 22-ci turunda “Vulverhempton”a məğlub olduqları oyundan sonra açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, 1:2 hesabıyla uduzduqları görüşü belə şərh edib:
“Komandam oyuna möhtəşəm başlamışdı, üstünlük bizdə idi və ilk hissədə üç qol vura bilərdik. David Luisin qovulması bütün planlarımızı alt-üst etdi. Həmin epizodun təkrarına on dəfə fərqli yerlərdən baxdım və bir şey görə bilmədim.
İkinci hissədə də komandam mübarizə aparmağa, qələbəyə inanmağa davam etdi. Lakin Joao Moutinyonun baxımlı qolu yenə bizi geri saldı. Rəqibin təhlükəli hücumları çox olmadı. Biz çox yaxşı oynadıq, daha çox qol vurmalı idik. Hakimlər haqda heç nə deməyəcəm, onlardan şikayətçi deyiləm”.
Bizi Facebook-da izləyin