Artetadan onu ittiham edən Obameyanqa cavab
“Arsenal”ın baş məşqçisi Mikel Arteta açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Arteta, bir müddət əvvəl klubdan ayrılan və “Barselona”ya keçən Pyer-Emerik Obameyanqın “Arsenal”da problem Mikel Arteta idi” açıqlamasına münasibət bildirib:
“Bu, onun düşüncəsidir. Obameyanqa “Arsenal” üçün etdiklərinə görə təşəkkürümü bildirirəm.
Mən problem yox, həll yolu idim. Düzdür, bir çox şeyi səhv etdim. Amma hər zaman əsas olan niyyətindir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin