“Məşqçi olmağa qərar verəndə bir gün qovulacağımı və klubdan ayrılacağımı bilirdim”
“Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın 10-cu turu çərçivəsində doğma meydanda “Vulverhempton”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Arteta, 1:2 hesabıyla uduzduqları görüşdən sonra bunları deyib:
“Məşqçi olmağa qərar verəndə bir gün qovulacağımı və klubdan ayrılacağımı bilirdim. Bunun nə zaman olacağını bilmirəm, lakin heç vaxt buna görə narahat olmuram. Sadəcə, futbolçulardan necə yararlanmaq, onları oyuna necə kökləmək və kluba kömək etmək haqda düşünürəm”.
“Arsenal” Premyer Liqada 13 xalla 14-cü sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin