Arteta: “Diktator kimi davranmağa çalışmıram”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta inzitam qaydalarını pozduğu üçün heyətdən kənarlaşdırılan Pyer-Emerik Obameyanq haqda danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, qabonlu hücumçu ilə bağlı bunları deyib:

“Diktator kimi davranmağa çalışmıram. Tək istədiyim qaydalara riayət olunması və hörmət göstərilməsidir. Bunları etmək istəmirsizsə, əşyalarınızı yığıb yola düşmək sizin üçün daha yaxşı olar. Mən başda özüm olmaqla hər kəsdən qaydalara riayət edilməsini istəyirəm.

Uğurlu olmaq istəyirsizsə, gördüyünüz işi sevməlisiz. Hansı klubda çıxış etdiyinizi bilməli və buna görə davranmalısız”.

Obameyanq intizamsız davranışlarına görə əsas komandadan uzaqlaşdırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button