Qürurlu və qəzəbli Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın 3-cü turunda “Mançester Siti”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, ispan mütəxəssis, 0:5 hesabıyla uduzduqları oyunla bağlı bunları deyib:

“Həqiqətən, acı çəkirəm. Oyuna yaxşı başlamışdıq. İlk qoldan sonra dağıldıq və yaxşı müdafiə oluna bilmədik.

Hakimin Qranit Cakaya verdiyi “qırmızı” ilə razılaşmıram. Komandamın belə uduzmağına görə çox qəzəbliyəm.

Azarkeşlərimizdən üzr istəyirik. Onlara istədikləri nəticəni verə bilmədik. Bu vəziyyəti düzəltməliyik. Oyunçularımız məsuliyyəti hiss etməli və işə başlamalıdırlar.

“Arsenal”ın düşdüyü durumu düzəltmək mənim üçün qürur məsələsinə çevrilib. Üç həftədir çətin anlar yaşayırıq. Milli komandaların oyunlarına görə yaranan fasilədən sonra zədəli futbolçularımız da qayıdacaq və bu, bizə fayda verəcək. Ümid edirəm ki, “Arsenal”ı yuxarı pillələrə qaldıra bilərik”.

“Arsenal” bu mövsüm Premyer Liqada keçirdiyi 3 oyunda da məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button