Koselni Bakıdakı final oyunu ilə bağlı: “Bir ölkənin başqasıyla problemi varsa…”
“Arsenal”ın Bakıda keçiriləcək Avropa Liqasının “Çelsi” ilə final matçına Henrix Mxitaryanı gətirməyəcəyini xəbər vermişdik.
Komanda.az xəbər verir ki, “topçular”ın müdafiəçisi Loran Koselni məsələ ilə bağlı İngiltərə mətbuatına açıqlama verib:
“Mxitaryanı Londonda saxlayıb, Bakıya getməliyik. UEFA-nın ölkədəki ola biləcək siyasi problemləri nəzərə almalı olduğunu düşünürəm. Bir ölkənin başqasıyla problemi varsa, həmin ölkədə final keçirməməlidir. Henrixi Bakıya aparmamaq bizim üçün çətin qərar oldu. Onun bizimlə olmasını istərdik. Mxitaryan bizim üçün vacib futbolçudur”.
“Arsenal” klubu dünən yaydığı açıqlamada Mxitaryanı Bakıya gətirməyəcəklərini bildirib.
“Arsenal” – “Çelsi” matçı mayın 29-da, Bakı Olimpiya Stadionunda keçiriləcək.
Bizi Facebook-da izləyin