“Arsenal”ın 2 futbolçusu ərəblərin hədəfindədir
“Arsenal” yayda iki oyunçusunu eyni vaxtda itirə bilər.
Komanda.az “Daily Express”-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubları yarımmüdafiəçi Tomas Parti və hücumçu Qabriel Jesusu hədəfə alıblar.
Komandanın baş məşqçisi Mikel Arteta Partini klub üçün çox vacib oyunçu hesab etsə də, o, zədə səbəbindən mövsümün çox hissəsini buraxıb.
Bundan əvvəl “topçular”ın braziliyalı forvard Jesusun oyunundan narazı olduğu bildirilirdi. Hücumçu bu mövsüm Premyer Liqada 4 qol vurub, 5 məhsuldar ötürmə edib.
Jesus və Partinin Səudiyyə Ərəbistanında çox böyük maaş ala biləcəkləri bildirilir, lakin konkret rəqəmlər hələlik məlum deyil.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin