“Arsenal”ın əfsanəsinə FİFA-da vəzifə verilir
İngiltərənin “Arsenal” klubunun sabiq baş məşqçisi Arsen Vengerin yeni iş yeri müəyyənləşib.
Komanda.az xəbər verir ki, 69 yaşlı fransalı mütəxəssis FİFA-da çalışacaq.
O, dünya futbol qurumunun texniki direktoru təyin olunacaq. Bu təyinatın yaxın günlərdə rəsmən açıqlanması gözlənilir.
Venger məşqçi standartlarının yaxşılaşdırılmasına cavabdehlik daşıyacaq. O, həmçinin digər oyun elementləri ilə bağlı məsləhətlərini verəcək.
Bu addım Marko van Basten və Zvonimir Bobanın vəzifələrini tərk etməsindən sonra FİFA-nın təşkilata tanınmış simaları cəlb etməyə qərar verməsi ilə bağlıdı.
Venger 22 il çalışdığı “Arsenal”ı 2018-ci ildə tərk edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin