“Barselona” və “Atletiko”nun hədəfindədir – Qanalı futbolçu
“Arsenal”ın yarımmüdafiəçisi Tomas Parti uğrunda mübarizə gələn yay transfer bazarında qızışacaq. O, bu vaxt ərzində klubla müqaviləsini yeniləməsə, azad agent statusu daşıyacaq.
Komanda.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu uğrunda “Barselona” və “Atletiko” mübarizə aparacaq. Bundan əvvəl mətbuat qanalı yarımmüdafiəçiyə başqa klubların da maraq göstərdiyini yazmışdı.
Parti 2020-ci ilin oktyabrından “Arsenal”da çıxış edir. O vaxtdan bəri yarımmüdafiəçi “topçular”la 123 rəsmi oyun keçirib, 6 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin