“Arsenal”ı qışda tərk edəcək 3 futbolçu

“Arsenal” yanvar transfer pəncərəsində bir neçə oyunçusunu komandadan göndərməyi planlaşdırır.

Komanda.az xəbər verir ki, bu barədə “TBR Football” məlumat yayıb.

“Topçular”ın “gedənlər siyahısı”nda üç futbolçunun adı yer alır – müdafiəçi Oleksandr Zinçenko, yarımmüdafiəçi Leandro Trossard və hücumçu Qabriel Jezus.

Mikel Artetanın komandası İngiltərə Premyer Liqasının ilk yeddi turundan sonra 16 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. Komanda ikinci pillədəki “Liverpul”u bir xal qabaqlayır.

“Arsenal” növbəti turda səfərdə “Fulhem”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button