ÇL: “Arteta “Arsenal”ı böyük klub statusuna qaytara bilib”

PSJ-nin baş məşqçisi Luis Enrike “Arsenal”ın çalışdırıcısı Mikel Arteta haqda fikirlərini bölüşüb. Bu komandalar UEFA Çempionlar Liqasının 2-ci turunda üz-üzə gələcək.

 Komanda.az Paris klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, Artetanın “Arsenal”ı böyük klub statusuna qaytara bildiyini söyləyib:

“Arteta indi futbolun ən güclü məşqçilərindən biridir. O, “Arsenal”ı böyük klub statusuna qaytara bilib. Onlar kuboklar qazanmağa qadirdirlər. Arteta beş ildir ki, London komandası ilə işləyir. Düşünürəm ki, o, hər şeyi düzgün edir. O, gözəl məşqçi və insandır. Onunla görüşməkdən məmnun olacam”.

Oktyabrın 1-də Londonda Çempionlar Liqasının “Arsenal” – PSJ matçı keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button