“Arsenal”ı Almaniya klubuna dəyişə bilər

“Arsenal”ın yarımmüdafiəçisi Qranit Caka yayda London klubundan ayrılmaq istəyir.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, o, Almaniya “Bayer”indən (Leverkuzen) təklif alıb. “Topçular”ın çalışdırıcısı Mikel Arteta futbolçunun gedişinə etiraz etmək fikrində deyil.

Caka 2016-cı ildən “Arsenal”da çıxış edir. Onun klubla müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. 2022/23 mövsümündə o, paytaxt təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 44 oyuna çıxıb, 7 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

“Transfermarkt” portalına görə oyunçunun bazar dəyəri 28 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button