
İngiltərə klubundan Uilyamsa rekord təklif
“Arsenal” “Atletik”in vingeri Niko Uilyamsı heyətinə qatmaq istəyir.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, London təmsilçisi 22 yaşlı futbolçuya illik 9 milyon avro məvacib təklif etməyə hazırdır.
Bu məbləği nə “Barselona”, nə də hazırkı klubu “Atletik” üstələyə bilər.
İspaniyalı futbolçu son mövsümdə bütün turnirlərdə 45 oyun keçirib, 11 qola və 7 məhsuldar ötürməyə imza atıb. Onun “Atletik”lə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin