“Arsenal”dan “Çelsi”yə 55 milyonluq təklif
“Arsenal” “Çelsi”nin futbolçusu Kay Haverts üçün yeni təklif irəli sürüb.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, “topçular” yarımmüdafiəçi üçün “Çelsi”yə 55 milyon funt-sterlinq təklif edib, daha 5 milyon funt-sterlinq isə bonus şəklində ödəniləcək. Futbolçunun özünə həftədə azı 210 min funt sterlinq maaşla uzunmüddətli müqavilə təklif olunacaq. Alman futbolçu artıq keçidə razılıq verib.
Məlumatda qeyd olunur ki, “Çelsi” Havertsin transfer dəyərini 70-75 milyon funt-sterlinq qiymətləndirir.
Haverts ötən mövsüm Premyer Liqada 35 oyuna çıxıb, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin