“Arsenal”dan ayrıldı, ölkəsinə döndü
Bir neçə gün öncə İngiltərənin “Arsenal” klubu ilə yolları ayrılan Sokratis Papastatopulosun yeni iş yeri rəsmən müəyyənləşib.
Komanda.az xəbər verir ki, 32 yaşlı futbolçu bundan sonrakı karyerasını ölkəsində – Yunanıstanın “Olimpiakos” klubunda davam etdirəcək.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Mərkəz müdafiəçisi yeni klubu ilə 2.5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Sokratis daha öncə ölkəsində AEK (Afina) klubunun da formasını geymişdi. Yunanıstan yığmasında 90-dan çox oyun keçirən futbolçu karyerası ərzində “Cenoa”, “Milan”, “Verder”, “Borussiya” (Dortmund) kimi klubların şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin