“Arsenal”dan ayrılan futbolçu rəsmən Braziliya klubunda
İngiltərənin “Arsenal” klubundan ayrılan braziliyalı futbolçu David Luisin yeni iş yeri müəyyənləşib.
Komanda.az xəbər verir ki, 34 yaşlı müdafiəçi “Flamenqo” ilə anlaşıb.
O, 2022-ci ilin sonunadək Braziliya təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, David Luis ötən mövsüm London təmsilçisinin heyətində 30 oyuna çıxıb və 2 qol vurub. 2007-ci ildən Braziliyanı tərk edən oyunçu, həmin dövrdən bəri “Benfika”, “Çelsi”, PSJ və “Arsenal” kimi klubların uğurları üçün çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin