
“İngiltərə mətbuatı çox danışmağı sevir” – Obameyanq
“Arsenal”dan ayrılacağı iddia olunan Pyer-Emerik Obameyanq gələcəyiylə bağlı açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, qabonlu hücumçu, yayılan xəbərlərin əsassız olduğunu deyərək, “Arsenal”da qalacağını deyib:
“İngiltərə mətbuatı çox danışmağı sevir. İndi burdayam, əminliklə deyə bilərəm ki, burdayam”.
2018-ci ildən “Arsenal”da forma geyinən Obameyanq, bu mövsüm Premyer Liqada 21 oyunda 13 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin