
“Arsenal”ın futbolçusundan gözlənilməz addım – Toplanışa qatılmaqdan imtina etdi
İngiltərənin “Arsenal” klubunun müdafiəçisi Loran Koselni komanda ilə birlikdə yeni mövsümə hazırlıq çərçivəsində ABŞ-a getməkdən imtina edib.
Komanda.az xəbər verir ki, London klubu bu barədə məlumat yayıb.
Məlumatda futbolçunun hərəkətinin səbəbi açıqlanmayıb:
“Loranın qaydalarımıza zidd hərəkətinə görə təəssüflənirik. Bu problemin tezliklə həll olunacağına ümid edirik”.
34 yaşlı müdafiəçinin “topçular”la müqaviləsi 2020-ci ilin yayında bitir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin