“Arsenal”da yeni müqavilə
“Arsenal” yarımmüdafiəçisi Qabriel Martinellinin müqavilə müddətini artırıb.
Komanda.az xəbər verir ki, 21 yaşlı futbolçu ilə yeni sözləşmə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Martinelli 2019-cu ildə Braziliyanın “İtuano” klubundan “Arsenal”a transfer olunub. O, “topçular”ın heyətində 111 oyun keçirib, 25 qol vurub.
“Arsenal” digər yarımmüdafiəçisi Albert Sambi Lokonqanı isə “Kristal Pelas”a icarəyə verib. Belçikadan olan 23 yaşlı futbolçunun bu mövsümün sonuna kimi icarədə oynayacağı açıqlanıb. “Anderlext”in yetirməsi olan Lokonqa, 2021-ci ilin iyul ayında 17.5 milyon avro qarşılığında “Arsenal”a keçib və bu komandada 39 matça çıxıb.
Yeri gəlmişkən, “Kristal Pelas” Almaniyanın “Ştutqart” klubundan Nauiru Ahamadanı transfer edib. Premyer Liqa klubu bu transfer üçün 12 milyon avro ödəyib. Fransadan olan 20 yaşlı yarımmüdafiəçi ilə müddəti 2026-cı ilin 30 iyununa qədər olan müqavilə imzalanıb.
Bu komandanın hücumçusu Luke Planqe isə icarə əsasında “Linkoln Siti”yə keçib. İngiltərədən olan 20 yaşlı futbolçu bu mövsümün sonunadək icarədə olacaq.
Bizi Facebook-da izləyin